sheffaf.az
sheffaf.az

Allahşükür Paşazadə qan verdi

10-09-2019, 11:44

Allahşükür Paşazadə qan verdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə və ailə üzvləri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

Oxu.Az-ın məlumatına görə, qanvermədə QMİ sədri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Səməd Seyidov və digər şəxslər, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, eyni zamanda, qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30