sheffaf.az
sheffaf.az

Bakıda bağçalarda yoxlamalar başladı

10-09-2019, 10:41

Bakıda bağçalarda yoxlamalar başladı

Bakıda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.

Bu barədə Anews.az-a BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sərancama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30