sheffaf.az
sheffaf.az

İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska" operasının tamaşasında

19-04-2019, 00:09

İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska" operasının tamaşasında

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin "Toska" operasının tamaşası keçiriləcəkdir.

Toska partiyasını tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edəcəkdir. Qeyd edək ki, S.Froli Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ və s. ölkələrin opera teatrlarında uğurlu çıxışlar etmişdir.

Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk ifa edəcəkdir.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov tamaşada Skarpia rolunda çıxış edəcəkdir.

Operanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcəkdir. O həmçinin Qətər filarmonik orkestrinin, İstanbul Milli simfonik orkestrinin, Belqrad Milli Teatrı orkestrinin və Meksika simfonik orkestrinin dəvət olunmuş dirijorudur.

Tamaşada həmçinin Opera və Balet Teatrının solistləri - Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov və b. çıxış edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031