sheffaf.az
sheffaf.az

Hicablı modelin reklama çəkilməsi Rusiyanı qarışdırdı – Video

4-09-2019, 11:17

Hicablı modelin reklama çəkilməsi Rusiyanı qarışdırdı – Video

Rusiyada məşhur geyim brendlərindən "Gloria Jeans”in hicablı qadınları reklama çəkməsi ölkədə səs-küyə səbəb olub.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, geyim markasının ölkədə ilk dəfə hicabı reklam etməsi narazılıqla qarşılanıb. Yeni mövsüm dəbinin yer aldığı videoda hicablı qadınlar da çəkilib. Reklam yayımlandıqdan sonra əksəriyyət görüntülərdə hicaba yer verilməsini tənqid edib və bunun Rusiya adət-ənənələriə uyğun olmadığını müdafiə edib. Hətta markanın sosial şəbəkələrdəki hesablarını boykot etmək üçün kampaniya da başladılıb.

Markanın qurucusu Vladimir Melnikov yaşanan qalmaqaldan sonra açıqlama verib. Rusiyada 30 milyona yaxın müsəlmanın yaşadığına diqqət çəkən Melnikov "Rusiya çoxmillətli dövlətdir. Hicablı modelin reklama çəkilməsinin səbəbi brend olaraq bütün insanlara xitab etdiyimizin göstəricisidir. Bundan başqa, İslam dininə inananlara da hörmət göstərilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30