sheffaf.az
sheffaf.az

Eyni məkanda üz-üzə gəlib, bir-birini danışdırmadılar

30-08-2019, 18:52

Eyni məkanda üz-üzə gəlib, bir-birini danışdırmadılar

Aparıcı Afaq Gəncəlinin qardaşının toy məclisində bir çox maraqlı anlar yaşanıb.

Axşam.az xəbər verir ki, şou-biznesin tanınmış simalarının yer aldığı gecədə bir çox küsülü müğənni də üz-üzə gəliblər.

Toyun ən diqqətçəkən simaları Xalq artisti Aygün Kazımova və Əməkdar artist Röya Ayxan olub. Bir-birindən uzaq masalarda əyləşdirilən ifaçılar dostlarını başına yığaraq əyləniblər.

Röya dostları Əməkdar artist Miri Yusif, müğənni Zamiq Hüseynov, stilist Elnur Həsənov, aktyor Elşən Orucovla eyni masada oturub, əylənib.

Kazımova isə müğənni Rəhim Rəhimli, şair Calal Qurbanovla başqa bir masada əyləşib. Məclisdə Rəhimlə Röyanın da soyuq münasibəti diqqətdən qaçmayıb.

Röyanın yan masasında isə küsülü olduğu Nigar Camal əyləşib.

Gecədə eyni zamanda aralarında soyuq savaş davam edən meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Roza Zərgərli də yer alıb.

Xalq artisti Faiq Ağayev də küsülü olduğu Əməkdar artist Tünzalə Ağayeva ilə sözügedən gecədə üz-üzə gəlib. Tünzalə ilə A.Kazımovanın da küsülü olduğu hər kəsə bəllidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930