sheffaf.az
sheffaf.az

Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb

29-08-2019, 16:52

Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb

Bir qrup gənc mətbəx mütəxəssislərinin təşəbbüsü ilə Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb.

AZƏRTAC xəbər verir ki, assosiasiyasının təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloqer Fərhad Aşurbəylidir. Təşkilatın sədri isə Orxan Muxtarovdur.

Assosiasiyanın təsisçilərindən olan Fərhad Aşurbəylinin sözlərinə görə, birliyin yaradılmasında məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30