sheffaf.az
sheffaf.az

FHN-dən dörd rayonda yanan meşələrlə bağlı - AÇIQLAMA + VİDEO

26-08-2019, 13:42

FHN-dən dörd rayonda yanan meşələrlə bağlı - AÇIQLAMA + VİDEO

Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülkü müdafiə qoşunlarının və regional mərkəzlərin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb, Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, üç ədəd helekopteri və bir ədəd "BE 200 ÇS” tipli amfibiya təyyarəsi iştirak edib.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30