sheffaf.az
sheffaf.az

21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan xəbər var

12-07-2019, 13:59

21 aydır Türkiyədə gəmidə qaldığı deyilən azərbaycanlıdan xəbər var

Sosial şəbəkələrdə Zakir adlı azərbaycanlının Türkiyədə 21 aydır gəmidə qalması barədə məlumat yayılıb.

İddia olunur ki, həmin şəxs “Twitter” hesabında azərbaycanlı olduğunu, 21 aydır Haydarpaşa limanında “Alize” adlı gəmidə qaldığını yazıb. O, gəmi sahibindən pul və yemək də ala bilmədiyini, pasportunun polis tərəfindən əlindən alındığını deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar yalnışdır:
“Sosial şəbəkələrdə Türkiyədəki soydaşımızla bağlı yayılan məlumata dair qeyd etmək istərdik ki, sözügedən şəxs - Zakir Mikayıl oğlu Məmmədov Azərbaycanın İstanbuldakı Baş konsulluğu ilə əlaqə saxlayaraq onun haqqında sosial şəbəkələrdə yayılan məlumatların həqiqəti əks etdirmədiyini və şəxsən sosial şəbəkələrdən istifadə etmədiyini bildirib.

Baş konsulluğumuz sözügedən şəxslə bundan öncə bir neçə dəfə təmasda olub və ona ölkəyə qayıtmaqla bağlı yardım təklif edilib. Baş konsulluq bundan sonra da vətəndaşımıza ölkəyə qayıdışla bağlı müvafiq yardım göstərməyə hazırdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031