sheffaf.az
sheffaf.az

Azərbaycanda dəhşətli qəza - toy yasa döndü - 8 ölü - VİDEO

9-07-2019, 09:59

Azərbaycanda dəhşətli qəza - toy yasa döndü - 8 ölü - VİDEO

Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, "Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "KAMAZ” markalı yük maşınına çırpılıb.
Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb."KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan toydan qayıdırmışlar.



Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, yük maşını ilə "Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəzada səkkiz nəfər ölüb, bir nəfər qadın isə müxtəlif dərəcəli xəsarətlər alıb.
İlkin məlumata görə, mikroavtobusdakı sərnişinlər toya gedirmişlər. Ölənlərdən ikisi qadın, üçü kişi, üçü isə məktəb yaşlı uşaqlar olub. Ölənlər Lerik sakinləridir.
Yaralı qadının 24 yaşı var. O, hazırda Masallı Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031