sheffaf.az
sheffaf.az

Növbəti erməni həyasızlığı: Qarabağı və Naxçıvanı…

23-04-2019, 15:57

Növbəti erməni həyasızlığı: Qarabağı və Naxçıvanı…

Rusiyada fəaliyyət göstərən erməni diasporu Azərbaycana qarşı növbəti təxribata əl atıb.

Məlumata görə, bu gün Moskvanın Erməni Gəncləri Assosiasiyası, Erməni Muzeyi və Rusiya Erməniləri Birliyinin birgə təşkilatçılığı ilə qondarma "erməni soyqırımı”na həsr olunan fləşmob formatında aksiya keçiriləcək.

Aksiyanın reklam bukletində Azərbaycan əraziləri olan Qarabağı və Naxçıvanı öz əraziləri kimi göstəriblər. Bundan başqa Türkiyə Cümhuriyyətinin Trabzon, Diyarbakır, Erzurum, Bitlis, Van və digər şərq regionları və Gürcüstanın Cavaxetiya bölgəsi Qərbi Ermənistan adı altında göstərilib.

Aksiyanın bu gün yerli vaxtla 16:00-da Moskvadakı Erməni Apostol Kilsəsi ərazisində keçirilməsi planlaşdırılır.

Aksiya təşkilatçıları tədbirin keçirilməsi üçün Moskva hökumətindən icazə aldıqlarını bildiriblər. (ONA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930