sheffaf.az
sheffaf.az

Rusiyadan Azərbaycana gətirilən 19 tondan çox toyuq əti yararsız çıxıb

23-02-2021, 09:49

Rusiyadan Azərbaycana gətirilən 19 tondan çox toyuq əti yararsız çıxıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “FROZEN PRODUCTS” MMC tərəfindən ölkəmizə idxal edilən 19.14 ton toyuğun bel tili məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. /Cebhe.info/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031