sheffaf.az
sheffaf.az

Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR

22-02-2021, 20:00

Ermənistan rus qoşunlarının Azərbaycanla sərhəddə yerləşdirilməsini İSTƏYİR
Rusiyanın Ermənistandakı hərbi bazası genişləndirilə bilər.

Rusiya KİV xəbər verir ki, bu barədə müdafiə naziri Vaqarşak Arutunyan açıqlama verib.

“Biz Rusiya hərbi bazasının genişləndirilməsi və gücləndirilməsində maraqlıyıq”- deyə Arutunyan söyləyib. O 102-ci hərbi bazanın tərkibindəki hərbi hissələrdən birinin şərq istiqamətində dislokasiya oluna biləcəyini əlavə edib.

Bu isə Rusiya ordusunun Azərbaycanla sərhəd yaxınlığında yerləşməsi demək olacaq.

Bununla belə, Arutunyan ölkədə Rusiyaya məxsus ikinci hərbi bazanın yaradılmasına ehtiyac olmadığını söyləyib.

Rusiyanın Gümrüdəki hərbi bazasında hazırda 5 min hərbi qulluqçu xidmət edir. (modern.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031