sheffaf.az
sheffaf.az

Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar

22-02-2021, 16:55

Türkiyəli alpinistlər Xocalı şəhidləri üçün Haça dağına qalxdılar
Türkiyəli alpinistlər 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində şəhid olan 613 Azərbaycan vətəndaşını Naxçıvanın Haça dağının zirvəsində anıblar.

Şəffaf.az
“TRT Avaz”a istinadən xəbər verir ki, anma mərasimi Zirvə Alpinizm və Açıq İdman Klubunun, həmçinin Azərbaycan Dili, Tarixi və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Azərbaycan Qars Baş Konsulluğunun təşkilatçılığı ilə baş tutub.

Bu çərçivədə Türkiyənin müxtəlif bölgələrindən 15 alpinist İğdıra toplaşaraq Naxçıvana gediblər.

Bölgənin ən çətin dağlarından biri olan Naxçıvandakı Haça dağına qalxan alpinistlər zirvəyə “Xocalı şəhidlərini rəhmətlə, minnətdarlıqla və hörmətlə anırıq” yazılı lövhələrlə Türkiyə və Azərbaycan bayraqları sancıblar.

Artıq altı ildir bu mərasimin ənənəyə çevrildiyini bildirən klub başçısı Orxan Kozan Azərbaycanın qələbəsinin türkləri bölmək istəyənlərə tutarlı cavab olduğunu qeyd edib. /konkret.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031