sheffaf.az
sheffaf.az

Aynurə Əzizbəyovanın şəfalı əlləri hər kəsin ümid çırağıdır

22-02-2021, 11:20

 Aynurə Əzizbəyovanın şəfalı əlləri hər kəsin ümid çırağıdır Faktdır ki, qədim zamanlardan indiyə kimi tibb elminin insan həyatında oynadığı rolun əhəmiyyəti, hər kəsə bəlli olan həqiqətlərdir. Əgər ötən əsrlərdə bu sahənin inkişafı müəyyən zirvələrə yüksəlmişdirsə, 21-ci əsrdə fərqli inkişafın əldə olunması qaçılmaz hal oldu. Çünki, ölkəmizin səhiyyə sahəsinin inkişafına hər il dövlət qayğısı artırıldıqca, bu sahədə yeni-yeni uğurların əldə olunması, məhz hər kəsin gələcəyə olan ümidlərini artırmaqdadır. Son illər istər paytaxt Bakıda, istərsə də digər şəhər və rayonlarda yeni tibb müəssisələrinin inşa olunması, bəzilərində əsaslı təmir-bərpa işlərinin həyata keçirilməsi, müasir tibbi avadanlıqlarla təminatın ödənilməsi, savadlı, bacarıqlı tibb işçilərinin ölkəmizin müxtəlif səhiyyə ocaqlarında fəaliyyət göstərmələri və s. onu söyləməyə əsas verir ki, həqiqətən də Azərbaycan səhiyyəsi ildən-ilə inkişaf edir və getdikcə də təkmilləşir. Çünki, bu gün dövlət-hakimiyyət orqalarının başlıca məqsədi əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin üzləşdiyi problemlərin aradan qaldırılmasına çalışmaqdan ibarətdir. Hal-hazırda əski sovet dönəmindən qalma bir çox səhiyyə müəssisələrimiz var ki, onlarda da yeniləşmə prosesləri həyata keçirilməkdədir. Səhiyyə müəssisələrində həkim personalının təkmilləşməsi və son elmi biliklərə yiyələnmələri davam etdikcə, tibbi xidmətin göstəriciləri də yaxşılaşmaqda davam edir. Sözsüz ki, müəyyən təminolunmalarla bərabər, həyata keçirilən idarəçiliyin göstəricisi də mühim amillərdən biri olur. İndiyə kimi ölkəmizdə səhiyyə sahəsinin inkişafı ilə bağlı atılan hər növ addımlar, bu gün də dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərini təşkil edir. Son illər Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasəti, məhz səhiyyəmizin keyfiyyət və kəmiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Bir sözlə, atılan addımların nəticəsi olaraq hal-hazırda ölkəmizin səhiyyə sahəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanıb həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, insanların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması və s. istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmir və bərpa olunması, onların modern avadanlıqlarla təminatının ödənilməsi, həmçinin vətəndaşların dərman vasitələri və preparatlarla təchiz olunmaları, müalicələrinin uğurla həyata keçirilməsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, hər kəsin hər növ tibbi xidmətlərlə yüksək səviyyədə əhatə olunması və s. səhiyyə sahəsindəki islahatların əsasını təşkil edir. Faktdır ki, bu gün regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunmalarını həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illər ərzində bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşa olunmaları, mövcud səhiyyə müəssisələrinin əsaslı şəkildə bərpa olunması geniş vüsət almaqdadır.

Bu sırada 11 oktyabr 2018-ci il tarixdə əsaslı təmirdən sonra açılışı həyata keçirlən Quba Rayon Mərkəzi Xəstəxanası da, məhz belə səhiyyə müəssisələrindəndir. Qeyd edək ki, bu səhiyyə müəssisəsinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.

Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilsə də, bu səhiyyə müəssisəsi uzun illər ərzində təmirsiz qalır. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat-təmir işləri 2018-ci ilin sentyabrında başa çatdırılır və yuxarıda qeyd etdiyimiz kimi, həmin ilin oktyabr ayında açılışı baş tutur. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin fəaliyyət göstərdiyi bu tibb müəssisəsində, hal-hazırda LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərir. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar da inşa olunub. Xəstəxanada yaradılan şəraitdən görünür ki, insanların hərtərəfli tibbi xidmətlə təmin olunmaları, onların müalicə və müayinə işlərinin yüksək səviyyədə təşkili, gələcəyimiz hesab olunan uşaqların sağlam böyümələri istiqamətində icra olunan layihələr daim diqqət mərkəzində saxlanılır. Belə bir müasir tibb müəssisəsinin istifadəyə verilməsi Quba sakinlərinə deyil, məhz region sakinlərinə də hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Bu yöndə atılan addımların nəticəsidir ki, ölkəmizin səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı dəyişikliklər, bu sahənin müasir tibbi texnikalarla, lazımi avadanlıqlarla təmin olunmalarına səbəb olmuşdur. Ölkəmizi müasir modern texnologiyaların tətbiq olunduğu məkana çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində, bu gün səhiyyə müəssisələrimizdə açıq ürək əməliyyatları, qaraciyərin köçürülmələri və bu kimi digər mühüm əməliyyatlar həyata keçirilir. Bəli, ötən illər ərzində regionlarda yüzlərlə tibb ocaqlarının, müalicə-diaqnostika mərkəzlərinin inşa olunmaları, birbaşa səhiyyə sahəmizin inkişaf etdirildiyini göstərir. Faktdır ki, inşa olunan səhiyyə müəssisələri, ölkəmizə gətirilən müasir tibbi avadanlıqlar və s. ilk növbədə bir məqsədə -hər kəsin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

Bir faktı da qeyd edək ki, Quba MRX-ı son illər ölkəmizdə inşa olunan ən böyük səhiyyə müəssisələrindən biri hesab olunur. Burada çalışan həkimlər, tibb bacıları və personalın digər üzvləri hər kəsə yüksək səviyyəli tibbi xidmət göstərib, insanlara qayğı ilə yanaşırlar. Bu da bir kimsənin müalicə olunmaq üçün hansısa səhiyyə müəssisəsinə üz tutub getməsinə imkan vermir və belə bir halın varlığı onu söyləməyə əsas verir ki, ölkəmizdə sosial əhəmiyyət kəsb edən məsələlər uğurla həll olunmaqdadır. Əlbəttə ki, sosial məsələlərin həllində ölkəmizin səhiyyə sahəsi hər zaman ön planda durub və iqtisadi imkanlarımızın göstəricisi, məhz belə məsələləri hər zaman diqqət mərkəzində saxlamağa da imkan verib.

Onu da qeyd edək ki, bu gün Quba MRX-da olduqca peşəkar, savadlı, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirən, “Hippokrat andı”na sadiq qalan çoxsaylı həkimlər çalışırlar ki, onlardan biri də ixtisasca pediatr-həkim olan Aynurə xanım Əzizbəyovadır. Adı çəkilən bu xanım 2002-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 2009-cu ildə ali təhsilini uğurla başa vurur. O, 2009-cu ildən 2010-cu ilə kimi Bakı Dəmiryolu Xəstəxanasında praktikada olur və sahib olduğu ixtisasının incəliklərinə daha da dərindən yiyələnir. 2010-cu ildə təyinatla Quba MRX-na göndərilən və bu səhiyyə müəssisəsində pediatr-həkim olaraq əmək fəaliyyətinə başlayan Aynurə Əzizbəyova, qısa zaman kəsiyində öz bacarığına, elmi savadına görə bölgənin tanınmış həkimlərindən biri olur. Bu gün də o, pediatr-həkim olaraq əmək fəaliyyətini davam etdirməkdədir. Onu da qeyd edək ki, ötən illər ərzində bir həkim olaraq o, çalışdığı kollektiv üzvlərinin rəğbətini qazanmış, xəstələrə xüsusi diqqət və qayğı göstərmiş, nəvazişli davranışı, elmi savadı, bacarığı və s. ilə hər kəsin qəlbinə yol tapmağı bacarmışdır.

Bəli, bu gün Quba MRX-da formalaşan ab-hava, kollektiv üzvlərinin gülərüzlüyü, hər bir həkimin, tibb bacısının mehriban münasibəti və s. onu söyləməyə əsas verir ki, həqiqətən də adı çəkilən bu səhiyyə müəssisəsində xüsusi bir mühit hökm sürməkdədir. Bütün bunlardan əlavə, digər tibb işçiləri kimi Aynurə xanımın da zəngin iş təcrübəsi, bacarığı, dərin elmi biliyə malik olması və s. olduqca əsas amillərdən biri hesab olunur. Ümumiyyətlə, bu şəxsin səmimiyyətini hiss edən hər kəs, hər zaman o, böyük Allah-Təalaya dua edir və “Şükür sənə ey bizi Yaradanımız!. Nə yaxşı ki, səhiyyəmizdə Aynurə xanım Əzizbəyova kimi həkimimiz var” deyirlər. Çünki o, bugünədək nəinki Quba rayonu ərazisində yaşayan neçə-neçə insanlara, hətta digər bölgələrdən gələnlərə də şəfa vermiş, hər kəsi sevindirmiş, bir kimsədən diqqət və qayğısını əsirgəməmişdir. Elə bunun nəticəsidir ki, Quba MRX-da pediatr-həkim olaraq fəaliyyətini davam etdirən Aynurə xanımın adı çəkilərkən hər kəs ona hörmətlə- izzətlə yanaşar, hüsnü-rəğbətini bildirməkdən də çəkinməz.

Ümumiyyətlə, hər kəs çalışdığı sahədə təcrübəli, bacarıqlı, savadlı iş fəaliyyəti ilə fərqlənməli, üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gəlməyi də bacarmalıdır. Belə bir göstəriciləri ilə fərqlənən Aynurə xanım Əzizbəyova bu gün Quba MRX-da xüsusi ad-san çıxarıb. Elə bu səbəbdən də, pediatr-həkim olaraq bu səhiyyə müəssisəsində çalışan Aynurə xanıma və kollektiv üzvlərinin hər birinə uğurlar arzulamağı özümüz üçün bir borc bildik.

Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031