sheffaf.az
sheffaf.az

Türkiyəyə qarşı xain anlaşma: “Birgə hücum barədə razılaşdılar”

22-02-2021, 11:25

Türkiyəyə qarşı xain anlaşma: “Birgə hücum barədə razılaşdılar”
“PKK terror təşkilatm və İran tərəfindən dəstəklənən Həşd əş-Şabi Türkiyəyə qarşı anlaşıb”.

Şəffaf.az
xəbər verir ki, bunu Şimali İraq Regional Muxtariyyətinin deputatı Azəd Kürəçi deyib.

Türk ordusunun Qaradakı əməliyyatlarından əvvəl Kətaib Hizbullah, Hərəkat ən-Nücəba, Əsaəb Əhllül Haqq kimi Həşd əş-Şabiyə bağlı qruplar Sincarda bir araya gəlib. PKK nümayəndələri görüşə sonradan daxil olub.

Azad Kürəçi tərəflərin görüşdə İraqda antiterror əməliyyatlarına başlayan Türkiyəyə qarşı anlaşma əldə etdiklərini iddia edib. O, Həşd əş-Şabi və PKK-nın Türkiyənin İraqdakı hərbi və mülki mövqelərinə qarşı birgə hücumla bağlı qərar verdiyini bildirib.

O, bir neçə gün əvvəl Ərbil hava limanına atılan raketlərin İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğunu deyib: “Olayın məsuliyyətini Həşd əş-Şabinin bazasında qurulan Saraya Övliya əd-Dəm adlı təşkilat üzərinə götürüb. Hücumun PKK və Həşd əş-Şabi ilə birlikdə hazırlanması haqda ciddi məlumatlar var”. /Teleqraf/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031