sheffaf.az
sheffaf.az

Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı: “Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı?” – VİDEO

22-02-2021, 11:00

Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı: “Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı?” – VİDEO
Fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən Sevil Atakişiyevanın ailəsi baş verənlər barədə danışıb.

Turkustan.info xəbər verir ki, BAKU.TV əməkdaşları intihar edən Sevil Atakişiyevanın valideynlərini danışdırıblar.

“Mən qızımı oxutdurmuşam. 11 il məktəbə gedib-gəlib. Mən şiddətli biri olsaydım, onu oxutdurmazdım. Onu anası kimi 1-2 il oxutdurub, çıxarıb oturdardım evdə. İstəyirdim qızım savadlı olsun”, – deyə Samir Atakişiyev bildirib.

Evdə şiddət görməsinə gəlincə, Samir Atakişiyev yazılanların həqiqətə uyğun olmadığını bildirib.

“Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı? Təpinmək olmalıdır, mənə də evdə təpiniblər. İnanmıram elə uşaq olsun ki, valideyni onu danlamasın. Rəfiqələri ilə görüşürdü dediyi saatda evə gəlməyəndə əsəbləşirdim. Deyirdim ki, niyə gec gəlmisən? Bir zəng edib, mənə deyərdin ki, yarım saat gec gələcəyəm”.

Daha ətraflı məlumat almaq üçün BAKU.TV-nin hazırladığı süjet izləyin:

[video=http://]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031