sheffaf.az
sheffaf.az

Bakı Humanitar Kollecinin Direktoru Nərmin Qaralova Tələbəni Təhqir Etdi-Bizə Şam Tutan Lazım Deyil!- VİDEO

19-02-2021, 13:50

Bakı Humanitar Kollecinin Direktoru Nərmin Qaralova Tələbəni Təhqir Etdi-Bizə Şam Tutan Lazım Deyil!- VİDEO
XəbərAl.az saytı xəbər verirki, ökəmizdə koronavirus (Covid-19) pandemiyası səbəbiylə karantin rejim elan olunub. Bununla əlaqədar məktəb, uiversitetlər və hazırlıq kursları distant-online təhsil sisteminə keçib.

Noyabrın 2-dən başlayaraq ölkədə tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinə başlanılıb. Müəllimlər “Microsoft Teams”, “Zoom”, “Skype”, “Watsapp” kimi proqramlardan istifadə etməklə dərs keçməyə çalışırlar. Lakin bu zaman bir sıra problemlər müşahidə edilir.

XəbərAl.az-ın araşdırması zamanı məlum olub ki, eyni zamanda valideyn-müəllim münasibətində də xüsusi bir aqressivləşmə yaranıb. Müəllim uşaqdan dərs soruşmursa, artıq onlar arasında gərginlik yaranır.

“Onlayn dərsdə müəllimin şagirdi təhqir etməsi, ümumiyyətlə, qəbul olunmaz bir haldır. Xatırlayırsızsa, bir müəllim uşağa “korsan?” demişdi. Hansı müəllimlər belə aqressivləşir? O müəllimlər ki, onlar ənənəvi təhsil sistemində fiziki cəzaya daha çox yer verdikləri üçün, uşaqları daha çox döyüb, əzib, təhqir edib, qorxutmaqla öyrətdikləri üçün bugünkü gündə onların nəticələri olduqca aşağı və nəinki şagird, müəllimin özü aşağı davranış sərgiləyir. Nəzərə alsaq ki, onlayn dərsə direktorlar, onların müavinləri nəzarət edir və müəllim onlayn dərsdə uşaqları təhqir edir, bu, bağışlanmaz hal kimi qəbul edilir. Müəllimlər onlayn dərs sisteminə yeni keçid etdikləri üçün problem elə buradan qaynaqlanır.

XəbərAl.az-ın məlumatına görə, bu gün sosial şəbəkələrdə bu cür anormal,gündəm hadisələrdən biri də Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova online imtahan vaxtı, sinif nümayəndəsi azyaşlı qızı “şamtutan” deyə təhqir etməsi olub.
Paylaşılan video da açıq aşkar görünür ki, kollec drektoru online dərs zamanı küçə sözlərindən istifadə edir, şagirdi alçaldır.
Bəs siz övladınızı belə ağır təhqir olunan təhsil ocağına buraxarsınız?

Ümid varıq ki, XəbərAl.az saytının bu yazısından sonra Təhsil Nazirliyi sözügedən məktəbin direktoru haqqında ciddi tədbir görəcək.Hətta onu işindən kənarlaşdıracaq.

Həmin videonu sizlərə təqdim edirik.


Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq.
[video=http://]

XəbərAl.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031