Səbəb nədir ki, Saatlı rayonunun kəndlərindəki kitabxanaların qapıları günlərlə, həftələrlə deyil, hətta aylarla bağlı qalır. Belə bir səbəbdən də, giriş qapılarından asılan açarlar pas bağlayır. Bu da onu söyləməyə əsas verir ki, Saatlı rayonunun da tabe olduğu Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, hələ də belə bir halın varlığına göz yumur və büdcə vəsaitlərinə ,,qənim kəsilmək''lə öz marağını güdür. Digər tərəfdən, kitabxanaların uzun müddətə bağlı qalmaları hər kəsdə belə bir düşüncə də formalaşdırır ki, bu sahəyə məsul olan şəxslər məsuliyyətsiz olduqlarından, onlar bu gün də oxşar addımlarını atmaqdadırlar.
Düşünmək olar ki, ölkəminizin Mədəniyyət nazirliyindən ,,əsən yellər'' yaxın günlərdə Saatlının ərazisinə də gedib çıxacaq və kənd kitabxanalarını belə bir durumda saxlayan şəxsləri oturduqları ,,kreslolar''dan ,,havaya uçurdacaq''. Çünki, zamanı çatıb. Çalışın bizi izləyin ki, sizi daha yeni yeniliklərlə xəbərdar edə bilək.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ