sheffaf.az
sheffaf.az

Millimizə yeni futbolçu gəlir - Rüstəm Əhmədzadə

8-02-2021, 21:00

Millimizə yeni futbolçu gəlir - Rüstəm Əhmədzadə
Ötən həftə milli komandamızın baş məşqçisi Canni de Byazi Antalyada olub.

Şəffaf.az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin səfərində məqsəd millimizə dəvəti gözlənilən futbolçuların oyununu izləmək olub. Söhbət Ukrayna Premyer Liqa təmsilçisi "Minay" klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadədən (hücumçu, 20 yaş) gedir.

Qeyd edək ki, hər iki futbolçu Antalyada "Veres"ə (Ukrayna) qarşı keçirlən yoxlama matçının (4:0) iştirakçıları olub. De Byazi bu matçı canlı izləyib. Nuriyev 70, Əhmədzadə isə 45 dəqiqə meydanda olub.

Oyundan sonra Canni de Byazi hər iki futbolçu ilə ayrılıqda görüşüb. Rüstəm Əhmədzadə azerisport.com saytına açıqlamasında bildirib ki, o, milli komandamızda oynamaq təklifini qəbul edib.

"Bu, mənə maraqlıdır. Azərbaycan millisində oynayacağım üçün şadam" - deyə o bildirib.

Onun sözlərinə görə, milliyə nə vaxt qoşulacağını hələ bilmir: "Çünki rəsmi sənədləşmə başlamayıb. Amma ümid edirəm ki, hər şey alınacaq".

Nuriyevin dəvəti qəbul edib-etməyəcəyi barədə isə məlumat yoxdur

Əlaqəli xəbərlər






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031