sheffaf.az
sheffaf.az

Teymur Rəcəbovdan 1 qələbə, 4 heç-heçə

7-02-2021, 17:00

Teymur Rəcəbovdan 1 qələbə, 4 heç-heçə
“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinə start verilib.

Şəffaf.az
xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın ilk günündə 5 tur oynanılıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçirdiyi 5 görüşün heç birində məğlubiyyət acısı yaşamayıb. Sem Şenklendə (ABŞ) qalib gələn qrossmeyster Mattias Blyubaum (Almaniya), Lenye Dominqes (ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) heç-heçə edib.

Beləliklə, Teymur günü 3 xalla başa vurub.

Turnirdə sabah Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq. /Modern.az/

Paylaş:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031