sheffaf.az
sheffaf.az

Fəridə xanım Qasımova Azərbaycan təhsilinin nüfuzlu ziyalılarındandır

5-02-2021, 11:32

Fəridə xanım Qasımova Azərbaycan təhsilinin nüfuzlu                                            ziyalılarındandır


Faktdır ki, bugünə kimi Azərbaycanın təhsil sahəsində keçdiyi yolları təhlil etsək, o halda bəlli olar ki, ölkəmizdə bu sahənin daha çox inkişaf etdirilməsi, məhz ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Yəni, Ulu Öndər hakimiyyətdə olduğu illər ərzində Azərbaycan gənclərinin mükəmməl təhsil almalarına çalışmış, elmin-təhsilin lazımi səviyyədə inkişaf etdirilməsinə diqqət və qayğısını getdikcə artırmışdır. Bir həqiqəti də qeyd edək ki, Azərbaycan Respublikasını olduqca çətin sınaqlardan, məhv olmaq təhlükəsindən birdəfəlik xilas etmiş ümummilli lider Heydər Əliyev, ikinci dəfə hakimiyyətə gəldikdən sonra da, məhz təhsil sahəsinə göstərdiyi diqqət və qayğını daha da artırır. Belə ki, 19993-cü ildən başlayaraq ölkəmizin bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində və s. kimi ərazilərində məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib olunması və digər yüksək səviyyəli işlərin icrası həyata keçirilir.

Bəli, bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev də, ulu öndərin siyasi kursuna sadiq qalaraq digər sahələrlə bərabər, təhsilimizə də yüksək səviyyədə diqqət və qayğısını göstərməkdə davam edir. Faktdır ki, indiyə kimi cənab Prezident təhsilimizin inkişaf etdirilməsi ilə bağlı bir neçə Sərəncamlar, Fərmanlar imzalayıb. Hal-hazırda Azərbaycan məktəblərində şagirdlərin müasir texnologiyalarla bağlı lazımi məlumatları əldə edə bilmələri, kompyuterlərdən yüksək səviyyədə istifadə etmək bacarıqlarının olması və s. məqsədilə müəyyən dərsliklər təşkil olunur. Belə bir halların varlığı da, Azərbaycan təhsilinin inkişaf etdirilməsi sahəsində atılan addımların varlığıdır. Bu gün təhsilimizə göstərilən diqqət və qayğının nəticəsidir ki, gələcəyimiz hesab etdiyimiz gənclərimiz daha savadlı, bilikli, ağıllı və intellektual formada formalaşırlar.Onu da qeyd edək ki, bugünkü təhsilimizin inkişafı təkcə ölkə daxilində deyil, hətta beynəlxalq aləmdə də yüksək səviyyədə qiymətləndirilir. Çünki, Azərbaycanın digər ölkələrlə sıx əməkdaşlıq etdiyi sahələrdən biri də, məhz təhsil sahəsidir. Bəli, bu gün ölkəmizin təhsil sahəsi durmadan inkişaf edir və getdikcə də təkmilləşir.

Onu da qeyd edək ki, bu gün təhsil müəssisələrimizdə şagirdlərin, tələbələrin təlim-tərbiyə olunmalarında, onların bir şəxsiyyət olaraq həyata hazırlanmalarında fədakarlıqla çalışan, öz ixtisasını dərs keçdiyi şagird və tələbələrinə dərindən öyrədən müəllimlərimiz çoxluq təşkil edirlər. Digər tərəfdən, hər il ölkəmizin iqtisadiyyatı günü-gündən güclənir ki, bu da təhsil sahəsinə yönəldilən dövlət vəsaitinin ildən-ilə artırılması ilə nəticələnir. Ona görə də, hazırda Azərbaycan təhsili öz inkişafının mühüm bir mərhələsini yaşamaqdadır.

Faktdır ki, bu gün ölkəmizin təhsil sahəsinin inkişaf etdirilməsində hər bir müəllimin, hər bir yaradıcı insanın əvəzsiz zəhməti var. Yəni, həmin şəxslər Azərbaycan təhsilinin inkişaf etdirilməsi yöndə bilik və bacarıqlarını səfərbər etməklə, bu gün də təhsilimizə öz töhfələrini bəxş etməkdə davam edirlər. Haqqında söhbət açdığımız Fəridə xanım Qasımova da, bu yöndə əmək fəaliyyətini uğurla davam etdirən tanınmış ziyalılarımızdandır. Qeyd edək ki, o, ali təhsilini başa vurduqdan sonra təhsil sahəsində əmək fəaliyyətinə başlayır. Hələ məktəbli ikən elmə-təhsilə böyük həvəs göstərən, gələcəkdə xalqına, dövlətinə layiqincə xidmət göstərməyi qarşısına əsas məqsəd qoyan və sonrakı fəaliyyətində isə, nüfuzlu ziyalı adı ilə daha çox tanınan Fəridə Qasımova, artıq bir neçə ildir ki, Ağdaş rayonundakı Tofiq İsmayılov adına 8 saylı tam orta məktəbdə direktor vəzifəsini daşıyır. Bugünə kimi Fəridə xanımın rəhbərlik etdiyi bu təhsil ocağının istər təlim-tərbiyə sahəsində, istərsə də dərs vəsaitlərinin tədrisi ilə bağlı əldə etdiyi nəticələri olduqca çox olub. Hazırda bu təhsil müəssisəsində 524 nəfər şagirdin olduğu və onların təlim-tərbiyəsi, dərslərin tədrisi ilə 65 nəfər müəllimin məşğul olduğu bildirilir. Bu günə kimi məktəbin yetirmələrinin çoxu respublikamızın, hətta dünyanın ən nüfuzlu təhsil müəssisələrində təhsillərini uğurla başa vurmuşlar. Ötən il də Tofiq İsmayılov adına 8 saylı tam orta məktəbin yetirmələrindən bir neçə nəfəri ən yüksək bal toplamaqla, məhz lazımi naliyyətləri əldə etmişlər.

Əldə etdiyimiz məlumatlara görə, Fəridə xanım dərin elmi savada, yüksək insani keyfiyyətə, səriştəli idarəçilik bacarığına malik rəhbər şəxs olduğundan, o, bu gün müəllim-şagird kollektivinin, hətta əksər valideyinlərin də sevimlisinə çevrilib. Uzun illərdir ki, təhsil sahəsində çalışan və işgüzar fəaliyyəti ilə bu sahədə xüsusi ad-san çıxaran Fəridə Qasımova, yenə də yorulmaq bilmədən çalışır. Digər təhsil ocaqlarında olduğu kimi, Tofiq İsmayılov adına 8 saylı tam orta məktəbdə də, müxtəlif fənn ixtisasları üzrə dərsliklərin tədrisi, müəllim-şagird davamiyyətin günün tələblərinə cavab verməsi, şagirdlərə hərbi vətənpərvərlik əhvali-ruhiyyəsinin aşılanması, kollektiv arasında sağlam mühitin formalaşması, hər kəsin fikrinə, düşüncə tərzinə hörmətlə yanaşma və s. kimi amillərin varlığı, hazırda rəhbərliyə iş fəaliyyətini uğurla davam etdirməyə imkan verir. Məktəbdə müxtəlif fənlər üzrə elektron təlim materiallarından və digər əyani vəsaitlərdən istifadəolunma da, artıq öz nəticəsini verməkdədir. Belə bir uğurların əldə olunmasında məktəbin dərs hissə müdiri Sevil Əzizovanın da əvəzsiz xidmətləri olur. Onu da bildirək ki, bu təhsil ocağında fərdi təhsi növü llə də məşğul olurlar. Yəni, 4 nəfər şagirdə fərdi qaydada dərs keçilir.

Hazırda 8 saylı tam orta məktəbin bir neçə il bundan öncə istifadəyə verilmiş tədris korpusunda fəaliyyət göstərdiyi bildirilir. Məktəb binasının 3 korpusdan ibarət olduğu və bu təhsil ocağında fizika, kimya, biologiya laboratoriyalarının, dil-ədəbiyyat, tarix, riyaziyyat fənn kabinetlərinin, bir neçə minlik nüsxədən ibarət dərsliklərin, bədii ədəbiyyatı olan kitabxanasının, internetlə təchiz edilmiş kompüter otağının, hətta akt və idman zallarıının olduğu da qeyd olunur. Adı çəkilən bu təhsil ocağında ilboyu şagirdlərin vətənpərvərlik tərbiyəsi ön planda tutulur və bu məqsədlə I-IV siniflərdə “Torpaqdan pay olmaz”, V-VIII siniflərdə “Torpaq, əgər uğrunda ölən varsa Vətəndir”, IX-XI siniflər cəlb olunmaqla, “ Vətənin müdafiəsinə hazıram” mövzularında mütəmadi tədbirlər keçirilir. Bundan əlavə, dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat, kimya-biologiya və s. fənlər üzrə keçirilən silsilə tədbirlər, məktəb şagirdlərinin müxtəlif elmləri öyrənməyə, müstəqil araşdırmalar aparmağa olan həvəsini artırır, eyni zamanda yüksək tərbiyəvi xarakter də daşıyır. Məktəb cari cəmir olunmadığından, hazırda onun əsaslı təmirə ehtiyacı var.

Bəli, bütün bunların nəticəsidir ki, ötən illər ərzində yeni-yeni texnologiyaları, müasir idarəçilik qaydalarını tətbiq etməklə lazımi uğurlara qovuşan bu təhsil müəssisəsi, bu gün də təhsilimizin inkişafına yeni-yeni töhfələrini bəxş etməkdədir. Yəni, Fəridə Qasımovanın yüksək peşəkarlığı, düzgün idarəçilik qabiliyyəti, daxili potensialının göstəriciləri, savadlı olması, ümumiyyətlə Azərbaycan təhsilinin inkişafına yeni-yeni töhfələrini bəxş edə bilməsi, olduqca əhəmiyyət kəsb etməkdədir. Ona görə də inanırıq ki, Fəridə xanımın işgüzar fəaliyyəti, daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca dərk etməsi, gənc nəslin təlim-tərbiyyəsində, sağlam ruhda böyümələrində, Vətən üçün layiqli övlad olmalarında mümkün olan imkanlardan bacarıqla istifadə etməsi, bundan sonra da onun adının və fəaliyyətinin məşhur olmasına səbəb olacaq.

Bütün bunlar onu söyləməyə əsas verir ki, Fəridə xanımın başlıca amalı, xalqına, dövlətinə layiqincə xidmət etməkdir, gələcəyimiz hesab etdiyimiz gənclərimizin sağlam ruhda böyümələrinə çalışmaqdır, onların elmə-təhsilə yiyələnmələri üçün mümkün imkanlardan bacarıqla istifadə etməkdir. Bəli, bugünkü təhsilimizin inkişaf etdirilməsində Fəridə Qasımovanın və onun kimi peşəkar, savadlı, bacarıqlı, xalqını sevən, dövlətinə bağlı olan ziyalılarımızın üzərinə böyük məsuliyyət yükü düşür. Hər kəs tam şəkildə əmin ola bilər ki, indiyə kimi şərəfli Azərbaycan ziyalısını adını daşımış Fəridə xanım, bundan sonra da daha böyük uğurlara imza atacaq.



Hazırladı: Namiq ƏMRAHOV












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031