sheffaf.az
sheffaf.az

İrasət Zahidovun müdrik idarəçilik bacarığı yeni-yeni uğurların əsasını qoyacaq

2-02-2021, 12:45

İrasət Zahidovun müdrik idarəçilik bacarığı yeni-yeni uğurların əsasını qoyacaq
Hər kəsə bəllidir ki, həmkarlar ittifaqları istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin əmək, sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və həmkarlar ittifaqları haqqında Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqının ilk təşkilatı dedikdə, istehsal və qeyri-istehsal sahələrində bilavasitə iş yeri üzrə çalışan işçilərin, habelə pensiyaçıların, təhsil alan şəxslərin birləşib təsis etdikləri həmkarlar ittifaqı təşkilatı başa düşülür. Həmkarlar ittifaqları yerli, ərazi, respublika və ümumrespublika statusuna malik ola bilərlər. Bir inzibati ərazi vahidində (şəhər, rayon, kənd) sahə (peşə) əlaməti üzrə fəaliyyət göstərən müəssisələrin həmkarlar ittifaqlarının ilk təşkilatlarını özündə birləşdirən həmkarlar ittifaqı birliyi yerli həmkarlar ittifaqı statusu daşıyır. Respublika statusu daşıyan həmkarlar ittifaqlarının yarıdan çoxunun birləşib təsis etdikləri həmkarlar ittifaqı birliyi isə, ümumrespublika həmkarlar ittifaqı statusu daşıyır. Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmurlar və belə bir səbəb üzündən də, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. Adından və təşkilati quruluşundan asılı olmayaraq bütün həmkarlar ittifaqları bərabər hüquqlara malikdirlər. Həmkarlar ittifaqları təşkilatlarının fəaliyyətinə onların nizamnamələrində nəzərdə tutulan qaydada xitam verilir.

Azərbaycan Respublikasının Konstitusiya quruluşunu devirmək, zorakılıqla dəyişdirmək və ya ərazi bütövlüyünü pozmaq, müharibəni, zorakılığı və qəddarlığı təbliğ etmək, habelə irqi, milli və dini ədavəti qızışdırmaq, Azərbaycan Respublikasının Konstitusiya quruluşuna zidd olan və beynəlxalq hüquqi öhdəliklərlə bir araya sığmayan digər əməlləri törətmək məqsədi və fəaliyyət metodu olan həmkarlar ittifaqları təşkilatlarının yaradılmasına, fəaliyyət göstərməsinə yol verilmir. Belə həmkarlar ittifaqı təşkilatının fəaliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xitam verilir.

Həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara .çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var. İşəgötürən bu tələblərə baxmağa və nəticələri barədə müəyyən edilmiş müddətdə, lakin bir aydan gec olmayaraq həmkarlar ittifaqına məlumat verməyə borcludur. Müəssisənin (filialın, nümayəndəliyin, şöbənin və digər əlahiddə bölmənin) rəhbəri və onun müavinləri əmək qanunvericiliyini pozduqda, qüvvədə olan kollektiv müqavilənin (sazişin) şərtlərini (təəhhüdlərini) yerinə yetirmədikdə həmkarlar ittifaqları onların intizam məsuliyyətinə cəlb edilməsi barədə buna səlahiyyəti olan orqanlar qarşısında məsələ qaldıra bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər. Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.

Bütün bunlar onu göstərir ki, hər bir qurumda həmkarlar ittifaqının fəaliyyət göstərməsinə olduqca zərurət var. Bu sırada Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Ağdaş rayon Komitəsi də, hazırda öz fəaliyyəti ilə daha çox diqqəti cəlb edən bir qurumdur. Belə ki, əldə etdiyimiz məlumatlara görə üç aydır ki, adı çəkilən bu Komitəyə İrasət Zahidov adlı şəxs rəhbərlik edir. Hal-hazırda 4035 nəfər üzvü öz ətrafında birləşdirən Ağdaş rayon Komitəsi, həm həmkarlar ittifaqı haqqında Qanunun tələblərinə, həm də zamanın tələbinə uyğun addımlarını atmaqda davam edir. Qeyd edək ki, İrasət müəllim bugünkü vəzifəsini daşımazdan öncə o, Ağdaş RİH Aparatında baş məsləhətçi vəzifəsini daşıdığından, belə bir halın varlığı onun gələcək fəaliyyətində mühüm rol oynamaqdadır. Yəni, o, həmin vəzifəni icra etdiyindən həm böyük həyat yolu keçir, həm də idarəetmə sahəsində lazımi uğurlara imza atır. Faktdır ki, hazırda Komitə rəhbərinin səriştəli idarəçiliyi haqda əksəriyyət söz-söhbətlər açır, hətta atılan addımları dəyərləndirən şəxslər çoxluq da təşkil edirlər. Məsələn, adicə bir məqama diqqət yetirək ki, təhsil sahəsində çalışan şəxslərdən hansı 44 gün ərzində davam edən Vətən müharibəsində iştirak edirdisə, həmin günlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdaş rayon Komitəsinin əməkdaşları, onların ailələrinə baş çəkib, maddi və mənəvi dayaq olmaqla bərabər, hətta həmin alələrə soqat da çatdırıblar. Onlar bu gün də Vətən müharibəsindən geri dönən hərbçi ailələrinə, müharibədə qazi olanlara, həmçinin şəhid ailələrinə qarşı oxşar addımlarını atmaqda davam edirlər. Əslinə baxsan, bütün bunlar İrasət Zahidovun xalqına sevgisindən, Vətəninə bağlılıq hissinin olması səbəbindən atılan addımlardır.

Bundan əlavə, ölkəmizdə karonavirus (COVİD-19) infeksiyasının tüğyan etdiyi dönəmlərdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağdaş rayon Komitəsinin əməkdaşları, bir çox təlim-tədris müəssisələrində maarifləndirmə təbliğatlarını həyata keçirirlər, sanitar-gigiyenik qaydalara əməl olunması yöndə hər kəsə tövsiyyələrini çatdırırlar. Hətta, təhsil sahəsində çalışan və karonavirus xəstəliyinə yoluxan şəxslərə bu qurum tərəfindən müəyyən məbləğdə maliyyə dəstəyi də göstərilir. Bütün bunlar onu göstərir ki, indiyə kimi böyük həyat yolu keçən, lazımi idarəçilik təcrübəsi qazanan, qəlbində xalqına, dövlətinə qarşı sevgi hissi gəzdirən İrasət Zahidov, üzərinə düşən vəzifə borcunu lazımiınca yerinə yetirən rəhbər şəxslərdəndir. İnanırıq ki, Komitə rəhbərinin uğurlu fəaliyyəti, çevik idarəçilik bacarığı, hər kəsə qarşı diqqətcil olması, bundan sonra da ona daha çox uğur gətirəcək.

Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031