sheffaf.az
sheffaf.az

Bələdiyyə sədrinin müdrik addımları sosial problemlərin həllində əsas rol oynayır

31-01-2021, 14:52

Bələdiyyə sədrinin müdrik addımları sosial problemlərin həllində                                               əsas rol oynayır
Hazırda ölkəmizdə fəaliyyət göstərən bütün dövlət qurumlarının əsas məqsədi sovet dönəmindən qalma məsələyə, yəni şəhərlə kənd arasında fərqin aradan qaldırılmasına, mərkəzi ərazilərlə bərabər, ucqar ərazilərdə yaşayan sakinlərin üzləşdikləri problemlərin və s. qısa müddət ərzində həllinə nail olmaqdan ibarətdir. Buna görə də, indiyə kimi bu yöndə bir neçə dövlət proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə də həyata keçirilmişdir. Bəli, həyata keçirilən islahat proqramlarının nəticəsi olaraq, bu gün şəhərlə kənd arasındakı fərqlər kifayət qədər aradan qaldırılmış, rayonlarda, kənd və qəsəbələrdə, iri yaşayış məntəqələrində, ucqar dağ kəndlərində və s. çoxsaylı sosial problemlərin çoxu həllini tapmışdır. Əslində istənilən sahədə əmələ gələn sosial problemlərin həlli, həmin ərazilərdə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslənilən münasibətin varlığından asılı olur. Faktdır ki, bu gün istənilən vəzifə sahibinin iş fəaliyyətinə əksəriyyət tərəfindən ictimai münasibət bəslənilir və belə bir səbəbdən də, hər bir vəzifə sahibi məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin, rəhbərliyin göstərdiyi etimadı doğrultsun. Şükürlər olsun ki, hal-hazırda bütün dövlət və qeyri-dövlət qurumlarının iş fəaliyyətlərinə ictimai münasibət göstərilməkdədir.

Haqqında söhbət açdığımız bələdiyyə sədri də, məhz üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirən rəhbər şəxslərdəndir. Bu şəxs Şamaxı rayon Şəhriyar bələdiyyəsinin sədri Sabir Mikayılovdur və o, bir ildir ki, bugünkü vəzifəsini daşıyır. Əldə etdiyimiz məlumatlara görə səkkiz nəfər üzvdən ibarət olan Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisi hüdudlarında 3297 nəfər sakin yaşayır. Əvvəla onu qeyd edək ki, Şamaxı rayonu bir neçə il bundan əvvəlki rayon deyil. Yəni, bir il bundan əvvəl Sabir Mikayılovun daşıdığı bugünkü vəzifəsinə seçki yolu ilə sahib olması, əslində rayonda quruculuq və yeniləşmə işlərinə ciddi təsirini göstərir. Ötən bir il ərzində rayonun mərkəzi ərazilərinin yeniləşməsi onu söyləməyə əsas verir ki, Şamaxı rayon Şəhriyar bələdiyyəsində sədr vəzifəsini həyata keçirən Sabir Mikayılovun səriştəli idarəçilik bacarığı nəticəsində, bu gün də rayonun mərkəzi ərziləri yeniləşməkdədir. İndi hər kəs görür ki, bu bələdiyyənin əhatə etdiyi ərazilərin gözəlliyi necədir və hazırda nə kimi abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Sakinlərin vaxtilə üzləşdikləri sosial problemlərin tam əksəriyyəti, bu gün tamamilə aradan qaldırılıb.

Onu da bildirək ki, ötən müddət ərzində Sabir Mikayılovun başlıca amalı üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmək, sosial problemlərin həllinə nail olmaq olub. Sözsüz ki, ötən bir il ərzində rayon sakinlərinə məxsus çoxsaylı sosial problemlərinin həllində, Şamaxı rayon Şəhriyar bələdiyyəsi sədrinin müstəsna xidmətləri olub. Bəli, Rayon İcra Hakimiyyəti Aparatı ilə Rayon Bələdiyyə arasında yaradılmış işbirliyi, bir çox sosial problemlərin həllinə imkan verir. Məsələn, bələdiyyənin daxili imkanları hesabına dolanışıq vəziyyəti ağır olan sakinlərə müəyyən köməkliklər göstərilməklə bərabər, ilin əziz günlərində şəhid ailələrinə, müharibə veteranlarına, xəstələrə, təhna yaşayanlara, çoxuşaqlı ailələrə və s. lazımi diqqət və qayğı da göstərilir. Rayonun küçə və döngələrdə mütəmadi təmizlik işləri həyata keçirilir ki, bu da bələdiyyə rəhbərliyinin daim diqqətdə saxladığı məsələlərdən biri olur.

Bəli, bu gün Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinin ərazisində çoxsaylı sosial problemlər Sabir Mikayılovun sayəsində həllini tapır və belə bir halın varlığı, məhz ona daha çox uğur gətirməkdədir. Çünki, bu bələdiyyənin ərazisində problemlər zamanında həllini tapırsa, əhalinin sosial rifahı naminə müəyyən addımlar atılırsa, deməli rəhbərlik daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca dərk edir. Eyni zamanda o, bugünkü addımları ilə ölkə rəhbərinin yürütdüyü müdrik siyasətə dəstək də verir. Bu əsl həqiqət, reallığın görünən tərəfləridir. İnanırıq ki, Sabir Mikayılovun çevik idarəçilik bacarığı, problemli məsələlərin həllində oynadığı rolun varlığı, təşklatçılıq qabiliyyətinin göstəricisi və s. bundan sonra da Şamaxı Rayon Şəhriyar Bələdiyyəsinə məxsus problemlərin zamanında aradan qaldırılmasına imkan verəcək.

Hal-hazırda Sabir Mikayılovun fəaliyyətində əsas istiqamət, məhz dövlətimizə, xalqımıza, ən əsası ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə xidmət etməyə yönəlib. Qürurveririci hal ondan ibarətdir ki, adı çəkilən bu şəxs tərəfindən göstərilən belə bir yanaşma, belə bir münasibət, məhz bu gün də özünü doğrultmaqda davam edir. Bir həqiqəti də qeyd edək ki, Sabir Mikayılovun həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə o da məlum olur ki, bu şəxs hər zaman daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacaran, xalqını sevən, dövlətçiliyimizin qorunmasına və möhkəmləndirilməsinə çalışan vəzifə sahibidir. Yəni, Mikayılov soyadını daşıyan bu şəxsin ötən illər ərzindəki işgüzar fəaliyyəti, rəhbərlik etdiyi kollektiv üzvlərindən hər birinin lazımınca dəyərləndirmələrinə də səbəb olmuşdur. Bəli, Sabir müəllim rayon bələdiyyəsinin sədri olaraq hər zaman öz işində pirinsipiallıq, qətiyyətllilik nümayiş etdirir ki, bu da təqdirəlayiq hal hesab olunur.

Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031