sheffaf.az
sheffaf.az

Cəfər Məmmədov ləyaqətli vətəndaş mövqeyi ilə tanınan müəssisə rəhbəridir

26-01-2021, 21:12

Cəfər Məmmədov ləyaqətli vətəndaş mövqeyi ilə tanınan müəssisə rəhbəridir


Bu gün ölkəmizin bütün ərazilərində həllini gözləyən problemlərin aradan qaldırılmasında, təmizliyə, birgə yaşayış qaydalarına, qanunçuğuğa və s. əməl olunmasında, şəhərlərdə, rayonlarda sakinlərinin əlbir fəaliyyət göstərmələrinə ciddi ehtiyac duyulur. Qeyd edək ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın iqtisadi və sosial sferalarında uğurla həyata keçirilən islahatlar bütün regionların, o cümlədən Qusarın da inkişaf prespektivlərini sürətləndirmişdir. Bu sırada Rayon Kommunal Müəssisələri kombinatının xüsusi rolu olmuşdur.

Faktdır ki, son vaxtlar bir çox media qurumlarında Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Cəfər Məmmədov haqda müəyyən açıqlamalar yayımlanmaqdadır. Bir media nümayəndəsi olaraq bu yöndə yayımlanan açıqlamaları oxuduqca, diqqətimizi cəlb edən bəzi nüanslar oldu. Yəni, bu şəxsin işgüzarlığa söykənən fəaliyyəti haqda lazımi məlumatları əldə etdikcə o halda bəlli olur ki, Cəfər Məmmədovun başlıca amalı xalqına, Vətəninə ən yüksək səviyyədə xidmət etməyə yönəlib. Əldə etdiyimiz məlumatlara görə, hazırda Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatına rəhbərlik edən Cəfər Məmmədov, tabeçiliyində çalışan hər bir işçiyə səmimi münasibət bəsləyir, kollektiv üzvlərinə hörmətlə yanaşır, onlara qarşı diqqət və qayğısını heç bir halda əsirgəmir. Əldə etdiyimiz başqa bir məlumatlarda o da vurğulanır ki, Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının balansında olan texnikaların işlək vəziyyətdə olması, onlardan təyinatı üzrə istifadə olunması, rayonun mərkəzi əraziləri ilə bərabər, digər yaşayış yerlərində gündəlik təmizlik işlərinə riayət olunması onu söyləməyə əsas verir ki, Cəfər Məmmədov işgüzarlığı sevən vəzifə sahibidir. Bəli, hər kəsə güntəki aydındır ki, bu şəxs xüsusi istedadı və çevik idarəçilik bacarığı ilə əksər vəzifə sahiblərindən fərqlənən müəssisə rəhbəridir.

Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının qarşısında duran vəzifələrdən ən əsası, məhz rayon ərazisində təmizlik işlərinə əməl etməkdir. Bundan əlavə, adı çəkilən bu qurumun koronovirus (COVİD-19) infeksiyasının yayılması səbəbindən, ötən aylar ərzində rayonun mərkəzi ərazilərində, kənd və qəsəbələrində göstərdiyi fəaliyyət, heç də diqqətdən kənarda qalmadı. Belə ki, ərazilərin dizinfeksiya olunmasında qurumun bütün əməkdaşlarının bu yöndə səfərbər olunmaları, onların göstərdikləri şücaət, xeyli müddətdir ki, dillər əzbərinə çevrilib.

Bundan əlavə onu da qeyd edək ki, müzəffər Azərbaycan ordusunun son 44 gün ərzində DQ-da və onun ətraf ərazilərində, erməni işğalçı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları hər bir azərbaycanlının, o cümlədən Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Cəfər Məmmədovun da hədsiz sevincinə səbəb olur. Bəli, o, həmin dönəmdə müzəffər ordumuzun parlaq qələbələr əldə etməsi üçün əlindən gələni əsirgəmir. Hətta, bu şəxs rəhbəri olduğu müəssisənin daxili imkanları hesabına hərbi xidmətdə olan əsgər və zabit ailələrinə imkan daxilində müəyyən köməklklər göstərir. Bu da onu söyləməyə əsas verir ki, Cəfər Məmmədov qəlbində xalqına, dövlətinə bağlı olduğunu, Vətənini necə sevdiyini əməli addımları ilə sübuta yetirir. Bu kimi addımlarının nəticəsidir ki, xalqımız bu cür əqidə, bu cür amal sahibi olan, işgüzarlığı ilə fərqlənən, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri vəzifəsini daşıyan Cəfər Məmmədovun olduqca müdrik, peşəkar, qayğıkeş bir şəxs olması ilə bərabər, eyni zamanda onun hər kəsə kömək əlini uzatması, digər ülvi hissləri özündə cəmləşdirməsi və s. hər kəsə bəlli olan həqiqətlərdir.

Faktdır ki, hazırda Cəfər Məmmədov Qusar rayonunda strateji əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edir, yorulmadan çalışır, işgüzar fəaliyyətini gündəlik ortaya qoyur. Bu gün rayon sakinlərinin tam əksəriyyəti o haqda da məlumata malikdir ki, Cəfər Məmmədov həm yaradıcı, həm də qurucu vəzifə sahibidir, xaraktercə sadə təbiətlidir, mehribançılığı sevən rəhbər şəxsdir. Həyat yollarının ilk günlərindən halal zəhmətlə çörək qazanmağa çalışan, özündə əsl insani keyfiyyətləri, ən ülvi hisləri cəmləşdirən Cəfər müəllimin belə bir amallar uğrunda yorulmadan çalışması, hər kəsin ona qarşı rəğbət hissinin formalaşmasına səbəb olmuşdur. O, bu gün də ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq olduğunu əməli addımları ilə də sübuta yetirir və heç bir maraq, hərhansı təmənna güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olduğunu ortaya qoyur. Faktdır ki, bu şəxs sağlam təfəkkürə, sağlam əqidəyə sahibdir.

O da hər kəsə bəllidir ki, Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri yüksək elmi savada, texniki biliyə və digər müsbət göstəricilərə də sahibdir. Bu cür göstəricilərin varlığı, məhz onun işgüzar nüfuzunu artmasına təsir edən başlıca səbəblərdir. Cəfər Məmmədov rəhbər şəxs olaraq vəziyyətə uyğun düzgün qərar qəbul etməyi bacarır və bu yöndə lazımi uğurlarını da əldə edir. Qeyd edək ki, o, hansı sahədə çalışıbsa hər zaman özünü lazımınca doğruldub, haqqı-ədaləti müdafiə etməyi bacarıb. Hazırda bu şəxsin əsas amalı dövlətimizi müdafiə etmək, dövlətçiliyimizi möhkəmləndirmək, xalqımıza ləyaqətlə, vicdanla xidmət etməkdir. Belə bir amallar uğrunda yorulmaq bilmədən çalışan, daim xalqına, dövlətinə bağlı olduğunu əməli addımları ilə sübuta yetirən Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri Cəfər Məmmədovun atdığı addımlar, məhz müasir tariximizin silinməz səhifələrindəndir. İnanırıq ki, onun bundan sonrakı fəaliyyəti həm xalqımıza, həm də dövlətimizə lazımi uğurları əldə etməyə imkan verəcək. Çünki, Qusar rayon Kommunal Müəssisələr Təsərrüfatının müdiri parlaq keçmişi, saf əqidəsi, ləyaqətli vətəndaş mövqeyi ilə tanınan müəssisə rəhbəridir.



Hazırladı: Namiq ƏMRAHOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031