sheffaf.az
sheffaf.az

Əli Sadıqovun başlıca amalı, yürüdülən dövlət siyasətinə dəstək olmaqdır

24-01-2021, 20:27

Əli Sadıqovun başlıca amalı, yürüdülən dövlət siyasətinə dəstək olmaqdır


İctimai həyatımızda həmkarlar ittifaqlarının oynadığı rolun əhəmiyyəti haqda, yəqin ki, tam əksəriyyət müəyyən qədər məlumatlara malikdirlər. Qeyd edək ki, bu gün istər iri istehsal müəssisələrində, istərsə də ayrı-ayrı dövlət qurumlarında və digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olan şəxslərin hüquqları pozularkən, həmkarlar ittifaqları üzərinə düşən vəzifə funksiyasını yerinə yetirməyə borclu olur. Belə bir səbəb üzündəndir ki, bu qurumun fəaliyyət göstərməsinə, bu gün də ciddi ehtiyac duylur. Son vaxtlar həmkarlar ittifaqları atdıqları addımları ilə özünü təsdiq etdirir və belə bir səbəb üzündəndir ki, bu quruma hər kəsin bəslədiyi inam hissi günü-gündən artmaqda davam edir. Hətta, bu sahədə çalışan bəzi şəxslərin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bir çox tədbirlər, həm əhali arasında maarifləndirmə təbliğatının həyata keçirilməsində, həm də bu qurumun üzərinə düşən vəzifə funksiyalarının nələrdən ibarət olmasında hər kəsin məlumatlı olmasına imkan verir.

Bundan əlavə, həmkarlar ittifaqları onlara həvalə olunmuş səlahiyyətlər çərçivəsində bu gün də qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmək, sosial və iqtisadi hüquqların, həmçinin qanuni mənafelərin təmin edilməsində ictimai nəzarət funksiyasını həyata keçirirlər. Belə bir ictimai nəzarətə mane olunması, birbaşa Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qadağandır. Faktdır ki, Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra, ictimai həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqları sahəsində də xeyli dəyişikliklər baş verdi. Yəni, adı çəkilən bu qurumun da fəaliyyətində demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı.

Hazırda tam əksəriyyətin həmkarlar ittifaqlarına böyük inamı, hədsiz etibarı var. Buna da əsas səbəb, adı çəkilən bu qurumun strukturlarında peşəkar və savadlı kadrların çalışmalarıdır. Haqqında bəhs etdiyimiz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri Əli Sadıqov da, məhz bu sahədə xüsusi əmək fəaliyyəti ilə ad çıxaran vəzifə sahibidir. Əldə etdiyimiz məlumatlara görə uzun illər ərzində bu sahədə əmək fəaliyyəti ilə məşğul olan və çalışdığı sahənin hər bir incəliyinə dərindən yiyələnən, mükəmməl idarəçilik bacarığı ilə əksər vəzifə sahiblərindən fərqlənən Əli Sadıqov, bu gün Füzuli rayonu ərazisində böyük nüfuz sahibi olan vəzifə sahibidir. Hazırda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin 4 min nəfərdən çox üzvünün olduğu bildirilir. Adı çəkilən bu quruma rəhbərlik edən bu şəxs elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçilik qabiliyyətinə malik vəzifə sahibidir ki, o, tabeçiliyində çalışan hər kəsi öz doğması hesab edir. Sözsüz ki, belə bir yanaşmanın varlığı, həm Əli Sadıqovun böyüklüyünu, həm də müdrik bir şəxs olduğunu təsdiq edir. Əldə etdiyimiz müəyyən məlumatlara görə, Komitə sədrinin tabeçiliyində çalışan işçilərdən biri hansısa problemlə üz-üzə qalarsa, o halda həmin şəxs çəkinmədən rəhbərliyə müraciət etmək qərarına gəlir. Çünki, özünün alicənablığı, yüksək insani keyfiyyətlərinin göstəriciləri ilə rəhbərlik etdiyi kollektiv arasında böyük nüfuz sahibi olan Əli müəllim, çox keçmir ki, həmin şəxsə köməklik göstərir, imkanı daxilində problemin aradan qaldırımasına dəstək olur. Belə bir səbəblər üzündəndir ki, kollektiv üzvləri bu şəxsi rəhbər kimi deyil, daha çox xeyriyyəçi qismində görüb hörmət və etiramlarını bildirirlər.

Başqa bir halın varlığını da qeyd edək ki, bu gün Füzuli rayon Komitəsinin rəhbərliyi haqda az-çox məlumatı olan hər kəs bilir ki, o, qəlbən xalqına bağlı olan, dövlətini sevən, ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasəti müdafiə edən vəzifə sahibidir. Bəli, o, belə bir mövqeyini, fərdi yanaşmasını bu gün də açıq-aşkar şəkildə ortaya qoyur və bunları əməli addımları ilə sübuta da yetirir. Bəli, bir rəhbər şəxs olaraq Əli Sadıqovun xidmətlərinin nəticəsidir ki, bu gün Füzuli rayon Komitəsində çalışan hər kəs, gündəlik öz həyatında komitənin diqqət və qayğısını hiss edir. Çünki, bu şəxsin təşkilatçılıq bacarığı, zəngin iş təcrübəsi, hər bir şəxsə qarşı ortaya qoyduğu həssas münasibəti var. Neçə illərdir ki, Əli Sadıqov belə bir gərəkli işin və məsul vəzifənin öhdəsindən lazımi səviyyədə gəlir.

Faktdır ki, Füzuli rayon Komitəsinin sədri daşıdığı vəzifəsinə görə deyil, daha ictimai nüfuzunun varlığına görə tanınır və o, bir çox məsələ və problemlərin həlli zamanı dövlətimizin mövqeyini dəstəkləyir, yürüdülən siyasətə lazımi dəstəyini də ifadə edir. Adicə bir faktı qeyd edək ki, Əli Sadıqov karonovirus (COVİD-19) infeksiyasının varlığı dönəmində öz nüfuzundan istifadə edib, daim sakinlər arasında maarifləndmə təbliğatını da həyata keçirir. Yəni, o, hər kəsin koronovirus infeksiyasından qorunması üçün “maska”dan, spirtdən, rezin əlcəkdən və digər qoruyucu vasitələrdən istifadə etmələrini daim məsləhət görür və bu yöndə geniş ictimaiyyət arasında daim təbliğatını da aparır. Bəli, Füzuli rayon Komitəsinin rəhbərliyi tərəfindən bu yöndə atılan addımlar sübut edir ki, o, cənab Prezidentin ölkə əhalisinin təhlükəsizliyinin təmin olunması yöndə etdiyi çağırışa hər zaman dəstək olur.

Son olaraq onu qeyd etmək istəyirik ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Füzuli rayon Komitəsinin sədri, bu gün də iş fəaliyyətini günün tələbləri səviyyəsində qurur, xalqımıza, dövlətimizə məxsus problemlərin həllinə çalışır və üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə də gəlir. İnanırıq ki, adı çəkilən bu qurumun bugünkü fəaliyyəti digərləri üçün bir örnək olacaq və ümumi problemlərimizin həllində lazımi addımlarını da atacaq.






Hazırladı: Namiq Əmrahov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031