sheffaf.az
sheffaf.az

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı – FOTO

24-01-2021, 18:30

Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenantın nəşi tapıldı – FOTO
44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu aşkarlanıb.

Bu barədə sosial şəbəkələrdə məlumatv yayılıb.

Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb.

Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib.

Vətən müharibəsində taboru ilə birlikdə Murovdağdakı bir çox yüksəkliklərin alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.

Ailəli və iki övladı var idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031